Banqladeş Ruppur Atom Elektrik Stansiyasının tikintisini mümkün qədər tez başa çatdırmağı hədəfləyir ÖZƏL
14:19 DünyaBanqladeş hökuməti Rooppur Atom Elektrik Stansiyasının tikintisini başa çatdırmağa və elektrik enerjisi istehsalına ən qısa müddətdə başlamağa sadiqdir. Olaylar.az xəbər verir ki, bu barədə Banqladeşin elm və texnologiya naziri Fakir Məhbub Anam Svapan stansiyanın ilk blokunun fiziki işə salınması mərasimində bildirib.
"Biz təzəlikcə Banqladeşin Baş naziri ilə görüşdən qayıtdıq və o, bizdən Ruppur AES-in birinci enerji blokunun reaktoruna yanacaq yüklənməsi münasibətilə təbriklərini çatdırmağımızı xahiş etdi", - deyə o bildirib.
"Banqladeşin Baş naziri bizə stansiyanı mümkün qədər tez tamamlamağı və oradan elektrik enerjisi almağı tapşırdı", - deyə nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31