ABŞ-də ucuz avtomobillər yoxa çıxa bilər: Avtonəhənglər bazarı tərk etməklə hədələyir – ÖZƏL
14:08 DünyaOlaylar.az xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, "Nissan", "Toyota" və "Hyundai" kimi qlobal avtomobil nəhəngləri ABŞ bazarı üçün nəzərdə tutulan büdcəli modellərin satışını dayandırmağı planlaşdırır. Buna səbəb Vaşinqtonun Kanada və Meksika ilə üçtərəfli ticarət sazişini (USMCA) yeniləməməsi və ya yeni güzəştli şərtlər təqdim etməməsidir.
Hazırda ABŞ-də ən əlçatan 10 modeldən 8-i məhz xarici markalara məxsusdur. Lakin Donald Tramp administrasiyasının ehtiyat hissələrinə tətbiq etdiyi 25%-lik rüsumlar istehsal xərclərini kəskin artırıb. Yerli Amerika şirkətlərinin artıq kiçik və ucuz maşınların istehsalından imtina etdiyini nəzərə alsaq, xarici brendlərin bu addımı ABŞ-də büdcəli avtomobil seqmentinin tamamilə sıradan çıxmasına səbəb ola bilər.