Polşa İctimai Yayımçısı gürcüdilli xəbər xidmətini fəaliyyətə başladı ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin İctimai Yayımçısı (TVP) nəzdində gürcü dilində fəaliyyət göstərən "VT Sakartvelo News" informasiya xidməti yayıma başlayıb. 

Yeni layihənin əsas məqsədi regionda dezinformasiyaya qarşı mübarizə aparmaq, hadisələr barədə dürüst reportajlar hazırlamaq və auditoriyaya Avropa perspektivini çatdırmaqdır. Polşa XİN bu proqramın həm də bölgədəki demokratik dəyərlərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31