Kanada Ukrayna ilə birgə PUA istehsalına başlaya bilər- ÖZƏL
12:29 DünyaKanadanın Sentinel şirkəti, adı açıqlanmayan Ukrayna şirkəti ilə Kanadada Ukrayna Silahlı Qüvvələri üçün PUA istehsalı məqsədilə birgə müəssisə qura bilər. Olaylar.az xəbər verir ki, bu barədə The Globe and Mail məlumat yayıb .
Onun mənbələrinə görə, hazırda Kanada və Ukraynanın müdafiə nazirlikləri arasında müvafiq danışıqlar aparılır. Əgər uğurlu olarsa, Kanadada PUA istehsalına başlanılacaq. Kanada hökumətinin bu dronları alıb Ukrayna ordusuna təhvil verəcəyi gözlənilir.
Qəzet xatırladıb ki, Ukraynadakı münaqişənin başlanğıcından bəri Ottava Kiyevə 6,5 milyard dollarlıq hərbi yardım köçürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31