Oreşkin: Sanksiyalar Rusiyada yeni maliyyə mexanizmlərinin formalaşmasına səbəb olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya rəsmisi Maksim Oreşkin bildirib ki, tətbiq olunan beynəlxalq sanksiyalar ölkənin maliyyə sistemində yeni mexanizmlərin qurulmasına təkan verib. Onun sözlərinə görə, bu proses nəticəsində G7 ölkələrinin valyutaları Rusiyanın maliyyə dövriyyəsindən əhəmiyyətli dərəcədə sıxışdırılıb.
Oreşkin qeyd edib ki, mövcud şərait Rusiyanı alternativ maliyyə alətləri və tərəfdaşlıqlar axtarmağa məcbur edib. Bu isə öz növbəsində yeni ödəmə sistemlərinin və milli valyutalarla hesablaşma mexanizmlərinin inkişafına gətirib çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31