Zelenskinin İrəvana mümkün səfəri Ermənistan üçün yeni risklər yaradır – ÖZƏL

Olaylar.az xəbər verir ki, ekspert Vahe Hovannisyanın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakı həm regional, həm də daxili vəziyyəti köklü şəkildə dəyişə bilər. Zelenskinin 25 apreldə Azərbaycana etdiyi gözlənilməz səfərdən sonra Ermənistana gəlmə ehtimalı artsa da, bu addım ölkəni antirusiya gündəminin episentrinə çevirə və Moskva ilə münasibətləri kəskinləşdirə bilər. 

Ekspert vurğulayır ki, bu səfər Ermənistanın İran, Gürcüstan və Türkiyə kimi qonşuları ilə də gərginliyə səbəb ola bilər. Avropalı liderlərin bu fürsətdən antirusiya nümayişi kimi istifadə edəcəyi bildirilsə də, bunun Ermənistana yalnız yeni təhlükəsizlik problemləri və daxili siyasi gərginlik gətirəcəyi ehtimal olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31