Rusiyada "Cermuk" mineral sularının satışı dayandırılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın "Çestnıy znak" markalama sistemi Ermənistan istehsalı olan "Cermuk" mineral sularının geniş partiyasının həm onlayn, həm də oflayn satışını bloklayıb. "Rospotrebnadzor"un vətəndaşların sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq məqsədilə verdiyi göstəriş əsasında 338 min şüşə su dövriyyədən çıxarılıb. Qadağa 17 fevral və 5 mart 2026-cı il istehsal tarixləri olan məhsullara şamil edilib. 

Qeyd edək ki, 2024-cü ildə oxşar insident zamanı butulkalardan birində su əvəzinə sirkə turşusunun tapılması səbəbindən 2,5 milyon şüşə məhsulun satışı dayandırılmışdı. Hazırda yoxlamalar başa çatana qədər bu partiyanın satışı qadağandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31