Gürcüstanda 50-dən çox əcnəbi saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) miqrasiya departamentinin əməkdaşları son günlər ərzində respublika ərazisində qanunsuz yaşayan 55 əcnəbini saxlayıblar. Onların arasında Rusiya vətəndaşları da var.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Gürcüstan DİN-in məlumatında qeyd olunur ki, saxlanılan əcnəbilər Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Fil Dişi Sahili, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşlarıdır.

Hüquq-mühafizə orqanları qanunsuz miqrantların yaşadıqları ünvanlarda axtarışlar aparıblar. Eyni zamanda onların işlədikləri yerlər də yoxlanılıb. Müəyyən edilib ki, miqrantlar ölkədə miqrasiya qanunvericiliyini pozaraq qalıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31