BMT Baş katibi dünyaya xəbərdarlıq etdi: Süni intellekt nüvə təhlükəsini gücləndirib
19:20 DünyaƏnənəvi nüvə təhdidi hazırda qabaqcıl texnologiyalardan qaynaqlanan risklərlə daha da güclənib.
Olaylar xəbər verir ki, belə bir xəbərdarlıqla BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Konfransında çıxış edib.
"Bu gün nüvə təhdidi süni intellekt və kvant hesablamaları kimi sürətlə inkişaf edən texnologiyalardan qaynaqlanan yeni təhlükələrlə daha da artıb", - Antonio Quterreş bəyan edib.
Siyasətçi üzv dövlətləri rəqəmsallaşmanın yaratdığı çətinlikləri görməzdən gəlməməyə çağırıb.
Onun fikrincə, təhlükəsizlik qaydaları fəlakətlərin qarşısını almaq üçün texnoloji irəliləyişlərlə ayaqlaşmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31