Aİ Diplomatik Missiyası: Gürcüstanın hələ də Avropa Birliyinə üzv olmaq şansı var - ÖZƏL

Avropa İttifaqı heç kəsi üzv olmağa məcbur etmir, lakin Gürcüstanın hələ də bloka qoşulmaq imkanı var.  Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski ilə Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili arasında keçirilən görüşdən sonra Aİ-nin Tbilisidəki diplomatik missiyasının bəyanatında bildirilib.
Bəyanatda deyilir: "Avropa İttifaqına qarşı sonsuz və məqsədyönlü ritorika Gürcüstanın Aİ-yə qoşulmaq istəklərinə inamı daha da sarsıdır. Aİ heç kəsi öz ailəsinə qoşulmağa məcbur etmir. Biz istəyirik ki, Gürcüstan hakimiyyəti hələ də mövcud olan tarixi fürsəti əldən verməsin".
Diplomatik missiya vurğulayıb ki, Avropa İttifaqına üzvlük səmimi öhdəlik və Aİ dəyərlərinə və standartlarına uyğunlaşmaq üçün real islahatlar tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31