Pekin ABŞ-nin sanksiyalarına sərt reaksiya verdi: Çin müəssisələrinin hüquqlarını qoruyacaq – ÖZƏL
13:42 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-nin "Hengli Petrochemical" neft emalı şirkətinə qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qəti etirazını bildirib. Rəsmi Pekin Vaşinqtonu beynəlxalq hüquqa söykənməyən qanunsuz məhdudiyyətlərə və "uzun əl" siyasətinə son qoymağa çağırıb.
ABŞ Maliyyə Nazirliyi sözügedən şirkəti İran nefti almaqda ittiham edərək sanksiya siyahısına salsa da, Çin tərəfi bu iddiaları rədd edir və öz müəssisələrinin qanuni maraqlarını qətiyyətlə müdafiə edəcəyini bəyan edir.
Qeyd edək ki, sanksiya xəbərlərindən sonra "Hengli Petrochemical"ın səhmləri 10% dəyər itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31