Medvedçuk: “Avropa hər tərəfdən mühasirəyə alınmış qalaya çevrilir”- ÖZƏL
11:23 DünyaAvropanın hərbi strategiyası qitəni mümkün fəlakətə yaxınlaşdırır. Olaylar.az xəbər verir ki, bu fikri "Digər Ukrayna" hərəkatının rəhbəri, Ukraynada fəaliyyəti qadağan olunmuş "Həyat üçün- Müxalifət Platforması" partiyasının keçmiş lideri Viktor Medvedçuk səsləndirib. O bildirib ki, müdafiə xərclərinin artırılması Avropa ölkələrinin iqtisadiyyatına və sosial proqramlarına ciddi zərbə vuracaq. Medvedçukun sözlərinə görə, Fars körfəzində davam edən müharibə artıq enerji böhranına səbəb olur və vəziyyəti daha da ağırlaşdırır.
Siyasətçi diqqətə çatdırıb ki, Beynəlxalq Valyuta Fondu 2026-cı il üçün avrozonaya daxil olan 21 ölkədə iqtisadi artım proqnozunu aşağı salıb, Böyük Britaniya üzrə artım gözləntiləri isə kəskin şəkildə azaldılıb.
O əlavə edib ki, "Reuters" agentliyinin məlumatına əsasən, Fars körfəzində sülh dərhal bərpa olunsa belə, neft tədarükündə yaranan fasilələrin aylarla davam edəcəyi, qazla bağlı problemlərin isə illərlə sürə biləcəyi gözlənilir. Bu isə Avropa iqtisadiyyatına ciddi ziyan vuracaq.
Medvedçuk vurğulayıb ki, Avropa qlobal hegemon olmağa çalışsa da, mövcud reallıqlar bunun əksini göstərir.