Almaniyanın sabiq kanslerlərinin xərcləri açıqlandı: Merkelin stilist xərcləri diqqət çəkir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Bundestaqının mətbuat xidmətinin yaydığı məlumata görə, sabiq kansler Angela Merkel 2024-cü ilin iyulundan 2026-cı ilin martına qədər olan müddətdə dövlət büdcəsindən bərbər və vizajist xidmətləri üçün təxminən 65 min avro xərcləyib. 

Hesabat dövründə Merkelin 9 səfəri üçün 10 min avrodan çox, digər sabiq kansler Olaf Şoltsun isə 4 səfəri üçün 6 min avrodan çox vəsait ayrılıb. 

Ümumilikdə, hər iki sabiq rəhbərin ofis təminatı və digər inzibati xərcləri 2024-cü ilin ikinci yarısından 2026-cı ilin birinci rübünədək olan müddətdə 2,3 milyon avronu keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31