İsraildə yeni siyasi ittifaq: Bennet və Lapid “Likud”a qarşı birləşdi – ÖZƏL
11:07 Dünyaİsrailin sabiq baş nazirləri Naftali Bennett və Yair Lapid partiyalarını birləşdirərək "Birlikdə" adlı yeni siyasi qüvvə yaratdıqlarını elan ediblər. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Yeni partiyaya rəhbərlik Bennetə həvalə olunacaq. O, əvvəl sağçı mövqeyi ilə tanınsa da, son illərdə daha mərkəzçi siyasət yürütməyə başlayıb. Lapid isə hazırda "Yeş Atid" partiyası vasitəsilə müxalifətə liderlik edir.
Hər iki siyasətçi daha əvvəl birlikdə hökumət quraraq Benyamin Netanyahunu hakimiyyətdən uzaqlaşdırmışdı, lakin bu koalisiya uzunömürlü olmamış və 2022-ci ildə məğlub olmuşdu.
Birgə bəyanatda qeyd olunur ki, bu addım İsraildə "islahatlar blokunu" birləşdirərək qarşıdan gələn seçkilərdə qələbə qazanmağa və ölkədə islahatlar aparmağa yönəlib.
Son sorğulara əsasən, Bennet və Netanyahu təxminən eyni səviyyədə dəstəyə malikdir. Lapidin elektoratı da əlavə olunarsa, yeni blok parlamentdə ən böyük siyasi qüvvəyə çevrilə və hökumət qurmaq imkanı əldə edə bilər. Müxalif blokun isə 120 yerlik parlamentdə 60-61 mandat qazanacağı proqnozlaşdırılır ki, bu da koalisiya yaratmaq üçün kifayət edir.