Ağ Evdə təhlükəsizlik yenidən gündəmdə: son atışmadan sonra yeni tədbirlər müzakirə olunur- ÖZƏL
11:04 DünyaABŞ-da baş verən son atışma hadisəsi ölkənin ən yüksək səviyyəli təhlükəsizlik strukturlarını hərəkətə keçirib. Olaylar.az xəbər verir ki, CNN-in mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ administrasiyası və Məxfi Xidmət Ağ Evdə və yüksək vəzifəli şəxslərin iştirak etdiyi digər tədbirlərdə təhlükəsizlik qaydalarının gücləndirilməsini müzakirə edib.
Müzakirələr zamanı xüsusilə belə tədbirlərdə neçə yüksək vəzifəli şəxsin iştirak etməsinin məqsədəuyğun olduğu məsələsi ön plana çıxıb. Bildirilir ki, atışma baş verən gün eyni məkanda həm ABŞ prezidenti, həm də vitse-prezidenti iştirak edib ki, bu da təhlükəsizlik baxımından əlavə risk kimi qiymətləndirilib.
Mənbələrdən birinin CNN-ə verdiyi məlumata görə, ilkin plana əsasən, vitse-prezident Cey Di Vens Ağ Evdə keçirilən qəbulda iştirak etməməli idi. Lakin o, tədbirin başlamasına az qalmış planlarını dəyişərək həmin görüşə qatılıb. Hazırda ABŞ rəsmiləri belə halların təkrarlanmaması üçün təhlükəsizlik protokollarına yenidən baxılması üzərində işləyir.