Ukraynada saxta işə qəbul yolu ilə səfərbərlikdən yayınma iddiaları səsləndirildi ÖZƏL
11:02 DünyaUkraynada bəzi şəxslərin məcburi səfərbərlikdən yayınması üçün saxta şəkildə işə qəbul edildiyi iddia olunur. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında paylaşım edib.
Deputat bildirib ki, "fikti̇v bron" məsələsi ciddi problemə çevrilib. Onun sözlərinə görə, bəzi şəxslər strateji əhəmiyyətli statusa malik qurumlarda formal şəkildə işə götürülür, daha sonra isə bu əsasla səfərbərlikdən azad edilirlər.
Jeleznyak qeyd edib ki, belə hallarla bağlı on fərqli nümunə mövcuddur. Məsələn, bəzi kişilər ölkədən çıxmaq üçün Milli Sirk Şirkətində işlə təmin olunublar. Digər hallarda isə vətəndaşlar faktiki işləmədən müəllim və ya depo əməkdaşı kimi rəsmiləşdiriliblər.
O vurğulayıb ki, bu cür halların əksəriyyəti birbaşa və ya dolayı yolla dövlət strukturları ilə əlaqələr hesabına baş verir.