KİV: Ukrayna münaqişəsinin maliyyə yükü ABŞ-dən Avropaya keçir

Ukraynaya ayrılan son kredit qərarından sonra münaqişənin əsas maliyyə və siyasi yükü rəsmi olaraq ABŞ-dən Avropa İttifaqına (Aİ) keçir.

Olaylar.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məlumata görə, Vaşinqton diqqətini digər regionlara yönəldərək Ukrayna məsələsindəki iştirakını tədricən azaldır. Nəticədə Ukraynaya dəstək missiyası getdikcə daha çox Avropa ölkələrinin üzərinə düşür.

Qeyd edilib ki, baş verənlər münaqişənin statusunu dəyişib:

"Bu münaqişə artıq dəqiq şəkildə Avropanın müharibəsidir. Məsuliyyətin bu formada ötürülməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas hədəflərindən biri olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31