Madyar sosializm dövrünün agentlərinin adlarını açıqlayacaq

Macarıstan parlament seçkilərində qalib gələn "Tisa" Partiyası tərəfindən qurulacaq yeni hökumət sosializm dövründə ölkədə fəaliyyət göstərmiş Dövlət Təhlükəsizliyi Xidmətinin agentlərinin adlarını açıqlayacaq.

Olaylar.az xəbər verir ki, bunu partiya sədri, Macarıstanın gələcək Baş naziri Peter Madyar bildirib.

"Tisa" hökuməti agentlərin dosyelərini açıqlayacaq və əməkdaşlarımız vaxtilə Dövlət Təhlükəsizliyi Xidməti və Macarıstan Sosialist Fəhlə Partiyası tərəfindən istifadə olunmuş binadan istifadə etməyəcək", - o bildirib.

Peter Madyar seçki kampaniyası dövründə hakimiyyətə gələcəyi təqdirdə 1956-1989-cu illərdə Macarıstan Sosialist Fəhlə Partiyasının hakimiyyəti zamanı təhlükəsizlik xidmətinin agentləri olmuş şəxslərin adlarını açıqlamağa söz vermişdi. Onun fikrincə, bu addım 1990-cı illərdə ölkənin kimlər tərəfindən talan edildiyini və o vaxtdan bəri Macarıstanda hakim olan siyasi-iqtisadi elitanın necə formalaşdığını anlamaq üçün zəruridir.

İş "Tisa" sədrinin siyasi məsələlər üzrə müşaviri Balint Ruffa həvalə olunacaq. Ruff yeni hökumətdə Baş nazir Administrasiyasına rəhbərlik edəcək. Ruff artıq bildirib ki, xüsusi xidmət orqanlarının agentlərinin adlarının açıqlanmasını əsas prioritetlərindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31