Köçəryanın bloku namizədlər siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdi
18:23 DünyaSabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku parlament seçkiləri üzrə namizədlər siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Blokun siyahısında 134 nəfər var.
Siyahıya Robert Köçəryan rəhbərlik edir, blokun baş nazirliyə namizədi odur.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31