Vilayətmədar: Xamenei dağıntılar altından çıxarılanda zikr edirdi

"Nəcəf, Qum və Məşhəd alimlərinin rəyinə və təhlükəsizlik rəsmilərinin qərarına əsasən, düşmənlərin Ali rəhbər Müctəba Xameneiyə xüsusi yollar və Təl-Əviv kimi universitetlərdə müzakirə olunan qəribə elmlər vasitəsilə zərər verə bilməmələri üçün onun yeni fotoları və videoları hələlik yayımlanmayacaq".

Olaylar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Salar Vilayətmədar deyib.

Deputat İranın yeni ali rəhbərinin səhhəti ilə bağlı suala cavabında bildirib:

"Hadisə yerində olan mühafizəçilərdən birinin komitəyə təqdim etdiyi məlumata görə, o, dağıntılar altından çıxarılanda zikr edirdi, səthi xəsarətlər alıb. Müalicə edən həkim də söyləyib ki, bədəni sağlamdır, heç bir sınıq yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31