Makron Livanda yaralanan BMT sülhməramlısının öldüyünü açıqladı
18:32 DünyaFransa Prezidenti Emmanuel Makron aprelin 18-də Livanın cənubunda hava hücumu nəticəsində yaralanan BMT-nin Livandakı Müvəqqəti Qüvvələrində (UNIFIL) xidmət edən daha bir fransız əsgərinin öldüyünü açıqlayıb.
Olaylar.az xəbər verir ki, Fransa lideri "X"də yazıb: "Dünən Livandan vətənə qaytarılan Piyada Alayının əsgəri Anis Jirardin aldığı yaralardan bu gün səhər vəfat edib. O, Hizbullah döyüşçüləri tərəfindən ağır yaralanmışdı."
Makron əsgərin ailəsinə başsağlığı verib.
Aprelin 18-də Livanda BMT sülhməramlı kontingentinin tərkibində olan fransız əsgər Florian Montorio öldürülmüşdü. Daha üç əsgər isə yaralanmışdı.
Hizbullah fransız əsgərinin ölümündə hər hansı bir əlaqəsi olduğunu inkar edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31