Rusiya Təhlükəsizlik Şurası: Aİ-yə üzvlük Ermənistan iqtisadiyyatına ağır zərbə vura bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bəyan edib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkə ÜDM-nin təxminən 23% azalması ilə nəticələnə bilər. Onun sözlərinə görə, bu addım üçün İrəvan ilk növbədə Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etməlidir ki, bu da gömrük güzəştlərinin ləğvi, ixrac məhdudiyyətlərinin bərpası və enerji daşıyıcılarının qiymətinin kəskin artması deməkdir. 

Şevtsov qeyd edib ki, Aİİ-dən çıxış təkbaşına iqtisadiyyatın 15,1% kiçilməsinə, sənaye istehsalının isə 26,3% düşməsinə səbəb olacaq. Avropa standartlarına uyğunlaşma prosesi isə əlavə itkilərə, inflyasiyanın və işsizliyin kəskin artmasına yol açaraq əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salacaq. Xüsusilə metallurgiya, kənd təsərrüfatı və qida sənayesinin ciddi zərər görəcəyi, daxili istehlakın isə 20%-dən çox azalacağı proqnozlaşdırılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31