Ermənistan və Tacikistan prezidentləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstanda keçirilən görüşdə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Tacikistan Prezidenti Emoməli Rəhmon iki ölkə arasında münasibətlərin sabit inkişafını yüksək qiymətləndiriblər. Tərəflər iqtisadiyyat, yüksək texnologiyalar, süni intellekt və kənd təsərrüfatı sahələrində hələ tam istifadə olunmamış geniş potensialın olduğunu qeyd edərək, birgə təşəbbüslərin artırılmasının vacibliyini vurğulayıblar.

Söhbət zamanı 2025-ci ilin avqust ayından sonra Cənubi Qafqazda yaranmış yeni regional reallıqlar ətrafında fikir mübadiləsi aparılıb və bu vəziyyətin qonşu ölkələr üçün yeni əməkdaşlıq imkanları yaratdığı bildirilib. Həmçinin beynəlxalq platformalarda qarşılıqlı maraq doğuran məsələlərdə mövqelərin yaxınlaşdırılması və regional sabitlik naminə çoxtərəfli formatlardan effektiv istifadə edilməsi barədə razılıq ifadə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31