Qabrelyanov: Seçici fəallığı yüksək olarsa, Paşinyan darmadağın olacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, rusiyalı jurnalist Aram Qabrelyanov bildirib ki, Ermənistanda Nikol Paşinyanın reytinqi 30%-i keçmir, rəqibi Karapetyan isə artıq 27%-lik sabit dəstəyə malikdir. 

Ekspertin fikrincə, seçkidə iştirak səviyyəsi 55%-i ötərsə, Paşinyan böyük fərqlə məğlub olacaq, seçici fəallığı aşağı olacağı təqdirdə isə o, ikinci turda Karapetyana uduzacaq. 

Qabrelyanov qeyd edib ki, hazırkı baş nazirin həbsdən qurtulmaq üçün seçkiləri istənilən bəhanə ilə ləğv etməkdən başqa çıxış yolu yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31