ABŞ İraqa nağd dollar göndərişini və hərbi əməkdaşlığı dayandırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, The Wall Street Journal nəşrinin hər iki ölkənin rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası İraqda İran tərəfindən dəstəklənən silahlı qruplaşmalara təzyiq göstərmək məqsədilə bu ölkəyə nağd dollar tədarükünü və hərbi sahədəki əməkdaşlıq proqramlarını dayandırıb. 

ABŞ Maliyyə Nazirliyi İraqın neft satışından əldə olunan və Nyu-York Federal Ehtiyat Bankındakı hesablarında saxlanılan təxminən 500 milyon dollar dəyərindəki nağd vəsaitin təyyarə ilə Bağdada çatdırılmasını bloklayıb. Bu addım rəsmi Bağdadı bölgədəki qeyri-qanuni hərbi birləşmələrə qarşı daha sərt tədbirlər görməyə məcbur etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31