İsrail və ərəb ölkələri İranla bağlı Trampa səsləndilər
10:43 Dünyaİsrail və ərəb ölkələri İranla bağlı ABŞ Prezidenti Donald Trampa müraciət ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
"Bu ölkələrin rəsmiləri hesab edirlər ki, İran rejimi hələ o qədər zəifləməyib və ABŞ-ın hərbi zərbələri onun devrilməsində həlledici amil olmayacaq. Onlar hökumətin daha da gərgin vəziyyətə düşməsini gözləməyi üstün tuturlar. Həmçinin İrandakı vəziyyətin sürətlə inkişaf etdiyini və tezliklə pisə doğru dəyişə biləcəyini vurğulayıblar", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31