Qara dənizdə mübarizə başladı – Rusiya NATO ilə üz-üzə

"Rusiya donanması Qara dənizdə NATO-ya qarşı mübarizə aparır".

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev deyib.

O bildirib ki, Qara dəniz donanması Ukrayna ilə hərbi münaqişədə mühüm rol oynayır:

"Rusiya gəmiləri "Kalibr" qanadlı raketləri ilə Ukrayna ordusunun hərbi infrastrukturuna, anbarlarına və komanda məntəqələrinə raket zərbələri endirib. Bundan əlavə, Rusiya donanması Ukrayna limanlarını bağlayıb, dəniz yolu ilə Kiyevə silah tədarükünün qarşısını alıb və dəniz təhlükəsizlik zonasına nəzarət edir. Yəni Qara Dəniz Donanması NATO-nun bu su zonasında artan iştirakına qarşı çıxır", - deyə Patruşev əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31