Kanada Qəzzadakı humanitar böhranla bağlı İsraili tənqid etdi

Kanadanın Baş naziri Mark Karni İsrail hökumətini Qəzzada sürətlə pisləşən humanitar fəlakətin qarşısını ala bilmədiyinə görə tənqid edib.

Olaylar.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

Karni deyib ki, humanitar yardımın bölgəyə çatdırılması İsrailin nəzarətindən çıxarılmalı və beynəlxalq təşkilatlar tərəfindən təmin olunmalıdır.

"Bu təşkilatların bəziləri Kanada tərəfindən maliyyələşdirilir, lakin onların yardımları aclıq çəkən dinc insanlara çatdırılmır. Humanitar yardımın qarşısının alınması beynəlxalq hüququn pozulmasıdır",- o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31