HƏMAS Qəzzada döyüşlərin yenidən başlamamasına zəmanət tələb edir

Fələstinli HƏMAS hərəkatı İsraillə aparılan dolayı danışıqlarda irəli sürülən son təşəbbüsə cavab olaraq razılaşma mətninə xüsusi bir şərt əlavə edilməsini tələb edib.

Olaylar.az xəbər verir ki, bu barədə HƏMAS-a yaxın olan "Maan" agentliyi məlumat yayıb.

Bildirilir ki, HƏMAS bu şərtlə mümkün 60 günlük atəşkəs bitdikdən sonra Qəzza zolağında döyüşlərin yenidən başlanmayacağına zəmanət verilməsini istəyir.

Qeyd olunur ki, HƏMAS bu müddəanın atəşkəs sazişinə ayrıca bənd kimi daxil edilməsində israrlıdır. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31