Vaşinqton Makrona görə qəzəblidir...
25 İyul 2025 10:06 Dünya"ABŞ Fransanın Fələstin dövlətini tanımaq qərarını dəstəkləmir".
Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Birləşmiş Ştatlar Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qəti şəkildə rədd edir. Bu ehtiyatsız qərar yalnız HƏMAS-ın təbliğatını gücləndirir və sülhün mümkünlüyünə daha da mane olur", - deyə o bildirib.
Onun sözlərinə görə, Parisin qərarı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində həlak olanların üzünə vurulan "şapalaq"dır.
Qeyd edək ki, dünən Makron sentyabrda BMT Baş Assambleyasında Fransanın Fələstin dövlətçiliyini rəsmən tanıyacağını açıqlayıb. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31