Netanyahu danışıqlarda iştirak edənlərə çağırış etdi: İsrailə geri qayıdın!
24 İyul 19:33 Dünyaİsrailin Baş naziri Binyamin Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda iştirak edən qrupu məsləhətləşmələrin İsraildə davam etdirilməsi üçün Qətərdən geri çağırıb.Bakupost.az xəbər verir ki, bu barədə "The Times of Israel" hökumət başçısının mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb."Biz Qətər və Misirdən olan vasitəçilərin, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq üçün göstərdikləri səyləri qiymətləndiririk", - bəyanatda qeyd olunub.Nəşr bildirib ki, bu qərar HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə cavab verməsindən sonra qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31