Uzaq Şərqdə yeni müharibə: Toqquşmalar başladı, ölənlər var

Bu gün səhər saatlarında Tailand və Kamboca əsgərləri arasında sərhəddə qarşıdurma baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Tailand ordusu bəyanat yayıb.

Məlumata görə, qarşıdurma nəticəsində ən azı iki Tailand vətəndaşı həlak olub, iki nəfər yaralanıb. Bildirilib ki, 86 kənddən təxminən 40 min mülki şəxs təhlükəsiz yerlərə təxliyə edilib.

Eyni zamanda, Tailand sərhəddə Kamboca ordusuna müqavimət göstərmək üçün F-16 qırıcı təyyarəsi yerləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31