Türkiyə və Suriya hərbi əməkdaşlıq edəcək

Türkiyə ilə Suriyada yeni hakimiyyət hərbi sahədə geniş əməkdaşlıq sazişi imzalayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, sənədin nə vaxt imzalanacağı hələ dəqiqləşdirilməyib.

"Ankara və Dəməşq bu mühüm addımı Suriyanın təhlükəsizliyinə qarşı İsrailin təhdidləri fonunda atır. İsrailin məqsədi Suriyada vətəndaş müharibəsi yaratmaqdır",- məlumatda deyilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bəyan etmişdi ki, Türkiyə Suriyanı parçalamağa və ölkədə sabitliyi pozmağa yönəlmiş planlara imkan verməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31