Rusiyanın Amur vilayətində yoxa çıxmış "An-24" təyyarəsi Tında yaxınlığında qəzaya uğrayıb.
Olaylar.az bu barədə "Interfaks"a istinadən xəbər verir.
İtki sayı barədə hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, təyyarənin göyərtəsində 40 sərnişin və 6 heyət üzvü olub.