Rusiyaya aid təyyarə yoxa çıxdı: 46 nəfər…

Rusiyaya məxsus sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki Amur vilayətində yoxa çıxıb.

Olaylar.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Amur vilayətində sərnişin təyyarəsi yoxa çıxıb. Təyyarə ilə heç bir əlaqə qurulmayıb. "An-24" təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu ilə uçurdu. O, son təyinat məntəqəsi yaxınlığında təhlükəsizlik yoxlamalarından keçə bilməyib. Təyyarə ilə heç bir əlaqə qurulmayıb", - rəsmilər bildiriblər .

Qeyd olunub ki, təyyarədə 40 sərnişin və 6 ekipaj üzvü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31