Obama məsuliyyətə cəlb edilə bilər

Keçmiş Prezident Barak Obamanın təkzib edilmiş "Rusiya əlaqəsi" nəzəriyyəsi kontekstində etdiyi hərəkətlər vətənə xəyanət cəhdidir. 

Olaylar.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard Ağ Evdə keçirdiyi brifinqdə deyib.

O, vurğulayıb ki, kəşfiyyat ictimaiyyətinin qiymətləndirmələrinə zidd olan çoxsaylı saxta sənədlər bilərəkdən yaradılıb.

Qabbard deyib ki, ABŞ kəşfiyyatının sənədlərində Moskvanın 2016-cı il seçkilərində namizədlərə üstünlük verdiyinə və ya Rusiya rəsmilərinin Donald Trampın qalib gəlməsini istəməsinə dair heç bir işarə yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Barak Obamanı Rusiyaya qarşı uydurma ittihamlar hazırlamaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31