Rusiya qorxu içində: 80 ildən sonra iki düşmən birləşdi

"Almaniya və Böyük Britaniya arasında hərbi əməkdaşlıq sazişinin imzalanması pis hadisədir".

Olaylar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

"Bu ölkələrdən biri tarixən Rusiyaya qarşı xüsusi düşmənçilik edib, ikincisi isə iki dünya müharibəsində bizə qarşı vuruşub", - o bildirib.

Daha əvvəl alman politoloqu Aleksandr Rar Almaniya ilə Böyük Britaniya arasında müdafiə sahəsində tərəfdaşlıq haqqında bağlanmış sazişi "tarixi" adlandırıb.

Ekspertin fikrincə, London və Berlin Şimali Atlantika Alyansını əvəz etmək üçün hərbi ittifaq yaradıblar:

"Çünki onlar başa düşürlər ki, ABŞ-ın Avropadan uzaqlaşması səbəbindən NATO zəifləyir".

Qeyd edək ki, iyulun 17-də Böyük Britaniya və Almaniya müdafiə, iqtisadiyyat və miqrasiya sahələri üzər "Dostluq və Əməkdaşlıq Müqaviləsi" imzalayıblar. Bu, 1945-ci ildən bəri imzalanmış ən böyük müqavilədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31