Aİ ABŞ məhsullarına 100 milyard avroluq rüsum tətbiq edə bilər – ÖZƏL

Avropa İttifaqı ABŞ ilə razılıq əldə olunmadığı təqdirdə 100 milyard avro dəyərində Amerika məhsullarına 30 faizlik rüsum tətbiq edə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əgər Brüssel və Vaşinqton arasında kompromis əldə olunmasa və ABŞ Prezidenti Donald Trampın Avropa ixracatına tətbiq edəcəyini elan etdiyi 30 faizlik gömrük rüsumları qüvvəyə minərsə, Aİ-nin cavab tədbirləri dərhal - avqust ayında qüvvəyə minəcək.

Qeyd edək ki, tərəflər arasında ticarət gərginliyi Tramp administrasiyasının Avropa məhsullarına qarşı planlaşdırdığı əlavə rüsumlardan sonra daha da artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31