Peskov: “Rusiya-Ukrayna danışıqları çox çətin olacaq” – ÖZƏL
23 İyul 14:45 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında üçüncü birbaşa danışıqlar raundu asan keçməyəcək və çox çətin müzakirələr gözlənilir. Jurnalistlərə açıqlamasında o deyib:
"Danışıqlardan nə gözlədiyimizi indidən söyləmək çətindir, prosesin gedişinə baxmaq lazımdır. Heç kim asan yol gözləmir. Bu, çox çətin bir söhbət olacaq. Hazırda tərəflərin təqdim etdiyi sənəd layihələri tamamilə ziddiyyətlidir".
Peskov qeyd edib ki, bu səbəbdən danışıqların nəticəsi ilə bağlı ehtimallar irəli sürmək hələ tezdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31