İstanbulda üçüncü danışıqlar raundu başlayır - ÖZƏL
23 İyul 14:10 DünyaUkrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlar aparmaq üçün İstanbula yola düşüb. Olaylar.az xəbər verir ki, bu barədə "Obşestvennoye" nəşri Prezident Volodimir Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İstanbulda keçiriləcək üçüncü danışıqlar raundu iyulun 23-ü axşam saatlarında - təxminən Kiyev vaxtı ilə 19:00-da başlayacaq. Ukraynanı danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərliyi ilə 14 nəfərlik nümayəndə heyəti təmsil edəcək.
Daha əvvəl TASS agentliyinə istinadən verilən məlumata görə, Rusiya nümayəndə heyəti artıq Moskvadan İstanbula yola düşüb. Rusiya tərəfinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında birbaşa danışıqların ilk iki raundu 16 may və 2 iyun tarixlərində İstanbulda baş tutmuşdu.