İssık-Kulda minə yaxın tələbə universitetdən çıxarıldı – ÖZƏL
23 İyul 2025 12:52 DünyaKorrupsiya və təhsil sahəsində digər hüquqazidd halların qarşısının alınması məqsədilə Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən keçirilən tədbirlər nəticəsində İssık-Kul vilayətində yerləşən ali və ixtisaslaşdırılmış təhsil müəssisələrindən təxminən 1000 tələbə xaric edilib. Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Komitənin məlumatına görə, tələbələrin davamiyyəti və təhsilin keyfiyyəti ilə bağlı aparılan yoxlamalar zamanı ali və ixtisas məktəblərinin tələblərinə məhəl qoymayan tələbələr aşkarlanıb.
Xüsusilə, 2024-2025-ci tədris ili üzrə ümumilikdə 941 tələbə ali məktəbdən xaric olunub:
• K.Tınıstanov adına İssık-Kul Dövlət Universiteti - 779 nəfər;
• J.Balasagın adına Qırğız Milli Universitetinin Humanitar-Təbiət Elmləri Fakültəsi - 114 nəfər;
• İ.Axunbayev adına Karakol Tibb Kolleci - 48 nəfər.