Samvel Babayanla Paşinyan arasında gərginlik: İttihamlar və siyasi uzaqlaşma - ÖZƏL
23 İyul 12:21 DünyaVaqram Xorxorun qətlinin "açılması" ilə bağlı istintaqda diqqət mərkəzinə keçmiş Müdafiə Ordusunun komandanı Samvel Babayan düşüb. Belə ki, bu iş üzrə saxlanılan şəxslər onun yaxın ətrafına daxil olanlardır. Xüsusilə Sasun Aruşanyan bir vaxtlar Babayanın mühafizə xidmətinə rəhbərlik edib, baxmayaraq ki, sonradan onların münasibətləri pozulub.
Olaylar.az xəbər verir ki, məlumatlara görə, Samvel Babayanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında da münasibətlərdə çatlar yaranıb. Bir zamanlar onların əlaqələri kifayət qədər isti idi. Paşinyan, hətta Babayanla birlikdə siyasi planlar qururdu - xüsusilə də 2026-cı il seçkilərinədək onun köməyi ilə Qarabağ ermənilərini konsolidasiya etməyi və bu elektoratı "Vətəndaş sazişi" partiyasının maraqları üçün istifadə etməyi planlaşdırırdı.
Lakin Babayan, bir tərəfdən hakimiyyətlə qismən əməkdaşlıq etmiş, digər tərəfdən isə Paşinyanı tənqid edib, zaman-zaman təhqiramiz ifadələrə də yol vermiş və onunla məsafə saxlamışdır. Bu məlumatların baş nazirə də çatdığı, onun isə cavab olaraq Babayanı "cəzalamağa" qərar verdiyi bildirilir. Üstəlik, Babayan arzu olunan kimi Qarabağ ermənilərinin liderinə çevrilə bilməyib.