İran kollektiv təhlükəsizlik konsepsiyasına hazırdır – Pezeşkian – ÖZƏL

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran region ölkələri ilə birlikdə kollektiv təhlükəsizlik konsepsiyasının hazırlanmasına hazırdır. 

Olaylar.az xəbər verir ki, o bu barədə "Al Jazeera" telekanalına verdiyi müsahibədə danışıb.

"Biz ərəb qonşularımız və regionun digər ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasının hazırlanmasına tam hazırıq", - deyə Pezeşkian vurğulayıb.

İran prezidenti həmçinin əlavə edib ki, bu son müharibə dövründə region ölkələrinin İranı dəstəkləməsi heç vaxt olmadığı qədər güclü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31