"Normal insanlar bu günlərdə yalnız bir sual verir: Paşinyan ölkəni hara aparır?" - ÖZƏL
11:03 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın tanınmış hərbi eksperti David Camalyan "Hraparak" qəzetinə verdiyi müsahibədə Baş nazir Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı son hərəkətlərini sərt tənqid edib.
Camalyanın sözlərinə görə, Nikol Paşinyan istirahət günlərində belə, Kilsəyə qarşı hücumlarını dayandırmır. Onun son açıqlaması Kilsə rəhbərliyinə məxsus olan Eçmiədzin rezidensiyasını "azad etmək" və tərəfdarlarını "mənəvi görüşə" çağırması ilə bağlı olub. Ekspert hesab edir ki, bu addımlar Ermənistan Konstitusiyasına ziddir və dövlət başçısının Kilsənin daxili işlərinə bu cür müdaxiləsi yolverilməzdir.
David Camalyan bildirib:
"Bu, Ermənistan xalqını vətəndaş qarşıdurmasına sürükləmək cəhdidir. Paşinyan yaxşı bilir ki, bu addımlar cəmiyyətdə narazılıq doğurur. Onun chr("39")sülh naminə mübarizəchr("39") çağırışları sadəlövhlükdən başqa bir şey deyil".
Ekspert vurğulayıb ki, bu proseslər təkcə daxili deyil, həm də xarici təsirlərlə yönəldilir.
Camalyan əlavə edib ki, Paşinyanın Kilsə liderləri haqqında yaydığı şəxsi xarakterli böhtanlar da cəmiyyətə təsir etmir:
"Bu yalanlara yalnız hələ də hökuməti dəstəkləyən təxminən 8% insan inanır. Əksəriyyət isə anlayır ki, ölkədə sosial, iqtisadi və təhlükəsizlik böhranı dərinləşib, amma hökumət bu problemlərlə məşğul olmaq əvəzinə Kilsəyə qarşı mübarizə aparır".
Sonda ekspert bildirib ki, əgər Paşinyan qarşıdurma yaratmağa nail olsa belə, bu, ilk növbədə onun öz hakimiyyətinə zərbə olacaq:
"O, Kilsənin liderini Eçmiədzindən qovmağa nail olmayacaq. Paşinyan özünü ifşa edir və xalqın dəstəyini daha da itirir. Tez ya gec, bu hakimiyyət sona çatacaq".