Ermənilər Paşinyandan şikayət etdilər – İki vacib bənd
10:57 DünyaErmənistanın "Zartonk" partiyası ölkənin baş naziri Nikol Paşinyana qarşı Baş Prokurorluğa iki bəyanat təqdim edib.
Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Partiya iddia edir ki, Paşinyan sosial şəbəkələrdə hüquq-mühafizə və məhkəmə orqanlarına ictimai cinayət təqibinin başlanması, yüksək rütbəli din xadimlərinin saxlanması və həbsi barədə göstəriş verib.
"Bəyanat müəllifləri hesab edirlər ki, Ermənistanın baş naziri öz hərəkətləri ilə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölünməsinin konstitusiya prinsipini pozub, ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə edib. İkinci bəyanatda Paşinyanın Erməni Apostol Kilsəsinə etdiyi təzyiqlərdən bəhs edilir. Partiya onun əməllərinin Cinayət Məcəlləsinin bir neçə maddəsini pozduğunu vurğulayıb", - deyə nəşr yazıb.
Qeyd edək ki, N.Paşinyan iyulun 20-də sosial şəbəkələrdə erməni apostol kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahından qovulmasına hazırlaşmağa çağırıb.