Zelenski Ukraynanın danışıqlar heyətini genişləndirdi - ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibini genişləndirib. Olaylar.az xəbər verir ki,  prezidentin rəsmi saytında dərc olunan fərmana əsasən, nümayəndə heyətinin sayı 12-dən 14-ə yüksəldilib.
Yeni dəyişikliklərlə heyətə Ukraynanın insan hüquqları üzrə müvəkkilinin nümayəndəsi və Silahlı Qüvvələrin Baş Qərargahından əlavə bir şəxs daxil edilib.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında gərgin münasibətlər fonunda aparılan danışıqlar beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31