Brüssel Pekinlə bağlı hərəkətə keçdi: “Sərt danışıqlar olacaq!”
10:39 Dünya"Avropa İttifaqı (Aİ) liderləri Pekində keçiriləcək sammit zamanı ticarət gərginliyi və Ukraynadakı münaqişə fonunda Çin sədri Si Cinpinlə sərt danışıqlara hazırlaşır".
Olaylar.az xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas deyib.
"Biz Çinin sənaye potensialının həddindən artıq olması, ticarət balanssızlığı, məcburi iqtisadi təcrübələr, Pekinin kritik xammal, kimyəvi maddələr və istehlakçı dronlarının istehsalında üstünlük təşkil etməsindən narahatıq. Ticarət və təhlükəsizlik bir-biri ilə bağlıdır", - deyə o bildirib.
Qeyd edək ki, ötən il ərzində Brüssel Çin məhsulları ilə bağlı "ticarət maraqlarının qorunması" kontekstində 25 araşdırmaya başlayıb. Bu, əvvəlki illə müqayisədə təxminən dörd dəfə çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31