İran, Rusiya və Çin nümayəndələri Tehranda danışıqlar aparıblar

İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələri İranın nüvə proqramı ilə bağlı danışıqlar aparıblar.

Olaylar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər İran ətrafında nüvə böhranının həlli və məsləhətləşmələri davam etdirmək üçün öz hərəkətlərini əlaqələndirmək barədə razılığa gəliblər.

Media danışıqların müxtəlif səviyyələrdə "yaxın həftələrdə" davam etdiriləcəyini yazır.

Rusiya və Çin nümayəndə heyətlərinin başçıları Tehrana səfərləri zamanı İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi və digər yüksək rütbəli İran diplomatları ilə görüşlər keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31