Uitaker Çin Xalq Respublikasını Ukraynadakı qurbanlara görə məsuliyyətə cəlb etməyə çağırdı - ÖZƏL

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Ukrayna münaqişəsində qurbanların sayının artmasına görə Çinin "cəzalandırılmasının" vacibliyini bildirib.

Bu barədə Olaylar Bloomberg-ə istinadən xəbər verir:

"Onlar Ukraynada döyüş meydanlarında baş verən qətlləri subsidiyalaşdırdıqlarına görə məsuliyyətə cəlb olunmalıdırlar," - deyə diplomat bəyan edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Çin və Braziliyanı Ukrayna münaqişəsinin nizamlanması üçün Rusiyaya təzyiq göstərməyə çağırmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31