Putini Ukraynadakı münaqişə ilə bağlı Trampın təhdidləri narahat etmir - ÖZƏL
22 İyul 18:13 DünyaRusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişə ilə bağlı Ağ Evin rəhbəri Donald Trampın təhdidləri və ritorikasının sərtləşməsindən narahat deyil.
Olaylar xəbər verir ki,bu barədə The Guardian məlumat verib.
"Moskva ilə Tramp arasında ilk ciddi fikir ayrılıqları müşahidə edilsə də, görünür, bu, Putini narahat etmir," - deyə nəşrdə qeyd olunur.
Bundan əvvəl The Hill yazmışdı ki, ABŞ liderinin Rusiyaya təzyiq göstərmək cəhdləri Qərbin istədiyi nəticəni verməyəcək, çünki Kreml xüsusi hərbi əməliyyat (SVO) çərçivəsində hədəflərindən geri çəkilmək niyyətində deyil.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31